Avstraliyada güclü qar yağıb | VİDEO

Avstraliyada güclü qar yağıb     | VİDEO
  04 Avqust 2025    Oxunub:518
Avstraliyanın şərqində bir neçə şəhər son onilliklərin ən güclü qar yağıntısına məruz qalıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, keçən həftə sonu Yeni Cənubi Uels əyalətində soyuq hava cəbhəsi səbəbindən 40 sm-ə qədər qar yağıb. Avstraliya Hava Bürosunun meteoroloqu Miriam Bredberinin sözlərinə görə, bu qədər qar 1980-ci illərin ortalarından indiyədək yağmayıb.

Materialda bilditrilir ki, hava anomaliyası minlərlə evdə daşqınlara, nəqliyyatın çökməsinə və elektrik enerjisinin kəsilməsinə də səbəb olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avstraliya   qar  



Xəbər lenti